yuxarıya
Onlayn Ödəmə
Mədət Quliyev: Penitensiar Xidmət sahəsində olan problem aradan qaldırılır
10.12.2012 14:43
A A
Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Penitensiar Xidməti sahəsində olan problemlərin aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülür, Trend-in məlumatına görə, bunu bazar ertəsi Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Azərbaycan Hüquqşünasları Konfederasiyasının birgə təşkil etdiyi "Rezonans" filminin təqdimatındakı çıxışında PX-in rəisi Mədət Quliyev deyib.

Onun sözlərinə görə, indiki cəzaçəkmə müəssisələrinin əksəriyyəti sovet dövründən qalıb.

"Amma Azərbaycan Prezidentinin rəhbərliyi ilə bu sahədə islahatlar aprılıb. Son illərdə Bakıda və Naxçıvanda 2 yeni cəzaçəkmə müəssisəsi tikilərək istifadəyə verilib. 7 müəssisə isə tikilir. Şəkidəki müəssisənin tikintisi başa çatıb və yaxınlarda istifadəyə veriləcək" Quliyev deyib.

PX rəisi deyib ki, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində iş aparılır. Quliyev penitensiar xidmət sahəsində müəyyən problemlərin

olduğunu bildirib və qeyd edib ki, bu qəbildən olan problemlər Avropa ölkələrində də var.
Hörmətli İstifadəçi, nəzərinizə çatdırmaq istəyirik ki, saytdakı bütün xəbərlər proqram təminatı tərəfindən avtomatik şəkildə digər resurslardan sistemə daxil edilir, buna görə, xəbərlərin saytda dərc olunmasında və ya mətnlərinin qiymətləndirilməsində heç bir insan faktoru iştirak etmir, əgər bu xəbəri hüquq/qanun pozuntusu, qeyri-etik və ya yanlış kimi qiymətləndirirsinizsə, xahiş edirik, bizi bu barədə məlumatlandırın
OXUNMA SAYI
149
Aktual xəbərlər
Ən çox oxunan xəbərlər
  • Azərbaycandakı məktəblərdən biri AMEA-nın baza məktəbi kimi fəaliyyət göstərəcək
    19.12.2014 14:34
    Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyinin tabeçiliyində olan tam orta məktəblərindən birinin AMEA-nın baza məktəbi kimi fəaliyyət göstərməsi qərara alınıb.APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Alimlərinin I Qurultayında çıxışı ...
  • Həmsədrlər Qarabağla bağlı kreativ yollar tapmaq axtarışındadır
    19.12.2014 14:09
    "ATƏT-in Minsk qrupunun həmsədrləri alternativ, kreativ yollar tapmağa çalışır ki, Qarabağ münaqişəsinin tərəfləri əlaqədə olsun".Modern.az saytının news.am-a istinadən verdiyi məlumata görə bunu ABŞ-ın Ermənistandakı səfiri Con Heffern bu ölkədə diplomatik missiyas..
  • Bank Respublika Yeni İl ərəfəsində "Alış-veriş marafonu" aksiyasına start verdi!
    19.12.2014 14:09
    Əsas mükafat - Mitsubishi Attrage avtomobili!Qarşıdan gələn Yeni il ərəfəsində, 20 dekabrdan - 31 yanvar tarixinədək, Bank Respublika ilə VISA ödəniş sistemi "Alış-veriş marafonuna" start verdilər! Bu aksiyanın əsas mükafatı Mitsubishi Attrage avtomobilidir! Kampaniyanın ş..
  • Nadir Qafarzadə Niyaməddin Musayevdən halallıq aldı
    19.12.2014 11:43
    Müğənni Nadir Qafarazadənin bu gün yaradıcılığındakı yeniliyi təqdim edib.AZXEBER.COM-a açıqlama verən ifaçı bildirib ki, o, bu dəfə xalq artisti Niyaməddin Musayevin illər öncə ifa etdiyi mahnını oxuyub: "Yeni mahnım xalq artisti Niyaməddin Musayevin repertuarındandır. ...
  • Bu gün Gülşən Qurbanovanın doğum günüdür
    19.12.2014 10:54
    Bu gün xalq artisti Gülşən Qurbanovanın doğum günüdür. Yaşasaydı, aktrisanın 63 yaşı tamam olacaqdı.Lent.az-ın məlumata görə, Gülşən Ağadadaş qızı Qurbanova 19 dekabr 1950-ci ildə dünyaya gəlib. 1974-cü ildə Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu biti...
  • Obama Rusiya üçün yeni sanksiyalara qol çəkdi
    19.12.2014 10:23
    ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan və Konqress tərəfindən qəbul edilən qanun layihəsinə qol çəkib.Bu haqda məlumatı Ağ Ev yayıb.Bununla bağlı Obamanın etdiyi bəyanatda deyilir ki, rəsmi Vaşinqton yeni sanksiyaların tətbiqinə tələ...
  • İsrail Qəzza zolağını raket atəşinə tutub
    20.12.2014 04:40
    Bakı-APA. İsrail təyyarələri Qəzza zolağını bombardman ediblər.APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi məlumata görə, hücum nəticəsində ölən və yaralanan olmayıb.İsrail hərbçiləri Xan Yunis şəhərində "Həmas"a məxsus infrastrukturun hədəfdə olduğunu bildiriblər....
  • Mərakeşdə mühacir daşıyan qayıq batıb, 9 nəfər ölüb
    20.12.2014 04:00
    Bakı-APA. Mərakeş sahillərində qeyri-qanuni mühacirlərlə dolu qayıq batıb.APA-nın France-Presse agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 3-ü uşaq olmaqla ən azı 9 nəfər ölüb, 21 nəfərin xilas olunduğu bildirilir.Xilasedici əməliyyatda Mərakeş hərbi don...
  • Tanınmış ilahiyyatçı həbs olundu
    20.12.2014 02:49
    İlahiyyatçı Elşən Mustafaoğlu həbs olunub. İslamazeri.az saytının məlumatına görə, o, 3 gündür Milli Təhlükəsizlik Nazirliyində saxlanılırmış. Məlumatı sayta Elşən Mustafaoğlunun yaxınları verib.Saytın xəbərində qeyd olunur ki, dekabrın 19-da Hacı Elşən Mustafa...
  • Rusiyaya qarşı sanksiyaların ardı kəsilmir
    20.12.2014 02:39
    Azərbaycan, Bakı, 20 dekabr /Trend/ABŞ prezidenti Barak Obama cümə günü bəyan edib ki, Rusiya və Krıma qarşı yeni sanksiyalar barədə fərman imzalayıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir."Fərman ABŞ sakinlərinin yeni sərmayələrini Ukraynanın K...
XƏBƏR LENTİ
  • Əmrənin qolu "Fənərbaxça"nı sevindirdi
    20.12.2014 06:04
    http://anspress.com/images/photos/79520.jpg
    http://anspress.com/images/photos/79520.jpg
    Türkiyə superliqasında 14-cü tura start verilib.

    ANS PRESS-in məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma keçirilib.

    "Ərciyəsspor" öz meydanında "Fənərbaxça"nı qəbul edib və qonaqlar minimal hesabla qalib gəlib.

    Maçtın taleyini həll edən yeganə qolu 85-ci dəqiqədə penaltidən Əmrə Belezoğlu vurub.

    "Fənərbaxça" səfərdə "Əskişəhərspor"un qonağı olub və rəqibinə minimal hesabla qalib gəlib. Bu qələbə sayəsində xallarının sayını 30-a çatdıran "Fənərbaxça" turnir cədvəlinin ilk pilləsinə yüksəlib.

    Tura bazar ertəsi keçiriləcək "Rizəspor" - "Qaziantepspor" oyunu ilə yekun vurulacaq.

    19 dekabr, Türkiyə Superliqası:

    "Ərciyəsspor" - "Fənərbaxça" - 0:1

    Qol: Əmrə, 86-pen.
    3
  • Avstraliyada 8 uşağın ölümündə şübhəli bilinən qadın həbs edildi
    20.12.2014 05:53
    http://news.lent.az/upload/images/news/2014/december/20/small/6bc9c1b7ee1924a3e42848275347656a.jpg
    http://news.lent.az/upload/images/news/2014/december/20/small/6bc9c1b7ee1924a3e42848275347656a.jpg
    Avstraliya polisi Klivslend ştatının Kerns şəhərinə meyiti tapılan uşaqların anasını həbs edib.

    Lent.az-ın "musavat.com"-a istinadən xəbərinə görə, o, qətldə şübhəli bilinir. Təfərrüatlar hələ açıqlanmayıb.

    Polisin nümayəndəsi bildirib ki, qadının huşu özündədir və müstəntiqlərin suallarını nəzarət altında olduğu xəstəxanada cavablandırır.

    Qeyd edək ki, Avstraliyanın şimalında evlərdən birindən 8 uşağın meyiti tapılıb. Evə gələn polis əməkdaşları 18 aylıqdan 15 yaşadək uşaqların meyitlərini aşkarlayıb. Evdə 34 yaşlı qadın da olub. O, xəstəxanaya bıçaq xəsarətləri ilə çatdırılıb.

    Qadın öldürülən uşaqlardan 7-sinin anası, 1-inin isə xalasıdır.
    12
  • Ərdoğan arzusuna çatdı: Kubada məscid tikiləcək
    20.12.2014 05:49
    http://anspress.com/images/photos/4524.jpg
    http://anspress.com/images/photos/4524.jpg
    Türkiyənin "NTV" telekanalında yayımlanan proqramlardan birinə qonaq olan Kubanın həmin ölkədəki səfiri aparıcının bir sıra suallarını cavablandırıb.

    ANS PRESS-in məlumatına görə, Kubanın Ankaradakı səfiri Alberto Qonzales Kasals ölkəsində yaşayan müəslmanların da məscidə sahib olmaq hüququnundan söz açıb.

    O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Kubada məscid tikilməsi təklifini müsbət qarşıladığını bildirərək, 11 milyon əhalinin yaşadığı Kubada 5 mindən çox müsəlman var və onlar üçün məscid tikiləcəyini qeyd edib. Onun sözlərinə görə, bu barədə fikir iki il əvvəl də gündəm də olub, lakin məsələyə ciddi yanaşılmayıb.

    Xatırladaq ki, bu ilin noyabr ayında Birinci Latın Amerika ölkələri müsəlman dini liderlərinin zirvə görüşünün yekununda çıxış edən Ərdoğan deyib ki, Kolumbdan 314 il əvvəl, yəni 1178-ci ildə müsəlman dənizçilər Amerika qitəsinə üzüblər. Onun sözlərinə görə, hətta Kolumb xatirələrində Kuba sahillərinə çatanda dağın təpəsində bir məscid gördüyündən bəhs edib.
    1
  • Sazz-dan ana dilimizə hörmətsizlik — FAKT
    20.12.2014 05:47
    http://www.azxeber.com/files/4aCqs9A2Cm7M.jpg
    http://www.azxeber.com/files/4aCqs9A2Cm7M.jpg
    Ölkənin ən iri internet-provayder şirkətlərindən biri olan

    Sazz-dan ana dilimizə növbəti hörmətsizlik.

    Adıçəkilən provayderin adından mobil telefon sahiblərinə gələn

    çoxsaylı mesajlar artıq hamını təngə gətirib.

    Aldığı pulun müqabilində vəd etdiyi internet sürətini

    istifadəçilərə verməyən, bütün fəaliyyətini "xaltura" üzərində quran

    provayder artıq xalq arasında sürətlə gözdən düşür.

    Sazz-ın mərkəzi ofisindən etibarlı mənbənin verdiyi məlumata

    görə, son aylar Sazz istifadəçilərinin sayında kəskin suratdə geriləmə müşahidə

    edilməkdədir. Belə ki, keyfiyyətsiz xidmət üzündən Sazz-dan istifadə edən vətəndaşların

    30%-dən çoxu artıq onun xidmətindən imtina edib.

    İstifadəçi sayının kəskin düşməsi ilə gəlirləri azalan şirkət

    rəhbərliyi çarəni vətəndaşların "beyinlərini yeməkdə" tapıb. Bütün

    mobil telefon operatorlarından istifadəçilərə gün ərzində onlarla reklam mesajı

    göndərilir. Artıq Sazz-ın mesajlarını silməyə belə vaxt çatmır. İstifadəçilərin

    dediyinə görə, xidməti nə qədər bağlasalar da, sutka ərzində Sazz-ın "zəhlətökən"

    mesajlarından lap təngə gəliblər.

    Gələn mesajların mətni isə erməni budaq cümlələrindən təşkil

    olunmuş söz yığınından ibarətdir. Ana dilimizə hörmətsizliyin bu həddinə yəqin

    ki, Ermənistanda belə rast gəlmək mümkün deyil. Həmin mesajlardan birinin rəsmini

    sizə təqdim edirik:

    Olke.az
    3
  • "Bavariya"nı dayandırmaq olmur
    20.12.2014 05:23
    http://anspress.com/images/photos/79519.jpg
    http://anspress.com/images/photos/79519.jpg
    Almaniya Bundesliqasında 17-ci turun oyunlarına start verilib.

    İlk oyun günündə bir qarşılaşma baş tutub.

    "Bavariya" səfərdə "Mainz"in qonağı olub. Münhen təmsilçisi ilk dəqiqələrdən hesabda geri düşsə də, əzmkar qələbə qazanıb - 2:1.

    Xalını 45-ə çatdıran Qvardiolanın komandası liderliyini bir qədər də möhkəmləndirib.

    19 dekabr

    "Mainz" - "Bavariya" - 1:2

    Qollar: Soto, 21 (1:0), Şvaynştayger, 24 (1:1), Robben, 90 (1:2)
    15
  • Bələdiyyə başçısına "drujba" ilə hücum
    20.12.2014 05:13
    http://anspress.com/images/photos/79521.jpg
    http://anspress.com/images/photos/79521.jpg
    Türkiyənin Yalova vilayətində bələdiyyə başıçısı əlində motorlu mişar olan şəxsin hücumuna məruz qalıb.

    ANS PRESS-in məlumatına görə, hadisə vilayətin Çinarcık rayonunun Koru qəsəbəsində baş verib. Qəsəbə sakini 35 yaşlı Hüseyn K. Motorlu mişarla qəsəbənin bələdiyyə binasına hücum edib. Mişarı işə salaraq bələdiyyə əməkdaşlarını hədələyən şübhəli daha sonra bələdiyyə sədri Kamil Yamanın xidməti otağına girib. Otağı 2-ci mərtəbədə olan sədr isə bələdiyyə əməkdaşlarının pəncərəyə söykədiyi nərdivanla hadisə yerindən qaça bilib.

    Yalova valisinin hadisə yerinə gəlməsinə hiddətlənən Hüseyn K. əlindəki mişarla əşyalara ziyan vurub. Çinarcık icra nümayəndəsi ilə də danışığa razı olmayan Hüseyn K. Sonda jandarmlara təslim olub.

    Faktla bağlı istintaq başladılıb.
    10
  • İsrail Qəzza zolağını raket atəşinə tutub
    20.12.2014 04:40
    http://az.apa.az//upload/images/news/2014/december/20/small/57db61e0db3f0e674871383addb0787f.jpg
    http://az.apa.az//upload/images/news/2014/december/20/small/57db61e0db3f0e674871383addb0787f.jpg
    Bakı-APA. İsrail təyyarələri Qəzza zolağını bombardman ediblər.

    APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi məlumata görə, hücum nəticəsində ölən və yaralanan olmayıb.

    İsrail hərbçiləri Xan Yunis şəhərində "Həmas"a məxsus infrastrukturun hədəfdə olduğunu bildiriblər.

    Bundan əvvəl Qəzzadan buraxılan raket İsrailin cənubuna düşüb. İnsident nəticəsində zərərçəkən olmayıb. İsrail hadisəyə görə məsuliyyəti Həmas təşkilatının üzərinə qoyub.
    40
  • "Nabat" Oskara layiq görülmədi
    20.12.2014 04:23
    http://anspress.com/images/photos/74009.jpg
    http://anspress.com/images/photos/74009.jpg
    Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında çəkilən "Nabat" filmi "Oskar" mükafatının əsas siyahısına düşə bilməyib.

    ANS PRESS-in məlumatına görə, Elçin Musaoğlunun filmi Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri Akademiyasının ən məşhur və nüfuzlu mükafatı olan "Oskar"ın xarici dillər üzrə filmlərin əsas şort-listində 9 film arasında yer almayıb.

    Şort-listə düşən 9 film isə bunlardır: "Leviafan" Rusiya, "Qarğdalı adası" Gürcüstan, "Timbuktu" Mavritaniya, "İda" Polşa, "Fors-Major" Polşa, "Vəhşi nağıllar" Argentina, "Mandarinlər" Estoniya, "Xilaskar" Venesuela, "İttiham olunanlar" Hollandiya.

    Qeyd edək ki, dünya premyerası sentyabrın 5-də 71-ci Venesiya Beynəlxalq Film Festivalında baş tutan ekran əsəri bir çox nüfuzlu beynəlxalq film festivallarına dəvət alıb. Filmin dünya üzrə distribütoru "Dreamlab Films"dir.

    "Nabat" Qarabağ müharibəsindən bəhs edir.

    Ekran əsərinin baş qəhrəmanı Nabat xala Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan sakinləri növbəti güclü atəş yağışından sonra tamamilə evlərini tərk edirlər. Nabat xala isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən ermənilər uzun müddət kəndə girməyə qorxurlar.

    Film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha təsdiq edir.

    Tammetrajlı bədii filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.

    Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.
    17
  • Prezidentin nəvələrindən maraqlı
    20.12.2014 04:04
    http://anspress.com/images/photos/79518.jpg
    http://anspress.com/images/photos/79518.jpg
    Prezident İlham Əliyevin nəvələrinin yeni fotosu yayılıb.

    ANS PRESS-in məlumatına görə, fotoşəkil dövlət başçısının böyük qızı Leyla Əliyevanın adını daşıyan "Instagram" səhifəsində paylaşılıb.

    Yeni fotoda əkizlər Əli və Mikayıl dayandıqları eksponatın önündə maraqlı görüntü yaradıblar.

    Onların bu fotoşəkli səhifə izləyiciləri tərəfindən xoş qarşılanıb və çox sayda müsbət rəylər yazılıb.

    Qeyd edək ki, əkiz olan Əli və Mikayıl prezidentin böyük qızı Leyla Əliyevanın övladlarıdır. Dövlət başçısının nəvələrinin şəkilləri müntəzəm olaraq valideynlərinin sosial şəbəkədəki səhifələrində paylaşılır.
    17
  • Mərakeşdə mühacir daşıyan qayıq batıb, 9 nəfər ölüb
    20.12.2014 04:00
    http://az.apa.az//upload/images/news/2014/december/20/small/0bcb843025ec055d69acf2ee6ee53e65.jpg
    http://az.apa.az//upload/images/news/2014/december/20/small/0bcb843025ec055d69acf2ee6ee53e65.jpg
    Bakı-APA. Mərakeş sahillərində qeyri-qanuni mühacirlərlə dolu qayıq batıb.

    APA-nın France-Presse agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 3-ü uşaq olmaqla ən azı 9 nəfər ölüb, 21 nəfərin xilas olunduğu bildirilir.

    Xilasedici əməliyyatda Mərakeş hərbi donanmasının gəmiləri və iki polis helikopteri iştirak edib. BMT-nin hesablamalarına görə, bu ilin əvvəlindən Aralıq dənizindən keçmək istəyən 3400 afrikalı qeyri-qanuni mühacir həlak olub.
    8
  • Qardaş ölkə ilkə imza atdı
    20.12.2014 03:55
    http://anspress.com/images/photos/79517.jpg
    http://anspress.com/images/photos/79517.jpg
    Türkiyədə ilk geofit bağın açılışı baş tutub.

    ANS PRESS-in məlumatına görə, Türkiyənin Qida-Kənd Təsərrüfatı və Heyvandarlıq naziri Mehdi Ekər Yalova şəhərində qurulan ölkənin ilk, dünyanın isə ən böyük geofit bağının açılışında iştirak edib.

    Yalova Atatürk Bağ mədəniyyəti araşdırma institutu tərəfindən hazırlanan geofit bağda nadir və nəsli kəsilməkdə olan bitkilərin qorunması təşkil olunacaq.

    Nazir çıxışında Türkiyə florasında bitən nadir növlərin öyrənilməsi, itib batmaqda olan növlərin çoxaldılaraq geniş surətdə artırılması və onların genofondunun toplanmasını vacib məsələlərdən biri kimi qəbul edib.
    10
  • "Türkvision" qalibimiz gürcü gözəllərini seçəcək
    20.12.2014 03:15
    http://anspress.com/images/photos/76333.jpg
    http://anspress.com/images/photos/76333.jpg
    Azərbaycanın "Türkvision-2013" beynəlxalq musiqi müsabiqəsinin qalibi Fərid Həsənov münsif olacaq.

    ANS PRESS-in məlumatına görə, gənc ifaçı dekabrın 23-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək "Miss Mister New Star" gözəllik müsabiqəsinin münsif heyəti üzvü olacaq.

    "Tbilisi Art Holl"da keçiriləcək tədbir "Rustavi 2" televiziyası ilə canlı yayımlanacaq. Ölkənin prestijli müsabiqələrindən sayılan, 11-ci yaşını qeyd edən müsabiqədə, həmçinin təşkilatçı Aqil Məmiyev də iştirak edəcək.

    Fərid Həsənov müsabiqədə həm də xüsusi müğənni qonaq kimi çıxış edəcək.
    14
  • Tanınmış ilahiyyatçı həbs olundu
    20.12.2014 02:49
    http://anspress.com/images/photos/28102.jpg
    http://anspress.com/images/photos/28102.jpg
    İlahiyyatçı Elşən Mustafaoğlu həbs olunub. İslamazeri.az saytının məlumatına görə, o, 3 gündür Milli Təhlükəsizlik Nazirliyində saxlanılırmış. Məlumatı sayta Elşən Mustafaoğlunun yaxınları verib.

    Saytın xəbərində qeyd olunur ki, dekabrın 19-da Hacı Elşən Mustafaoğlu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İlahiyyatçı artıq 3 gündür MTN-in təcridxanasında saxlanılırmış. İlahiyyatçının hansı maddə ilə ittiham olunduğu hələ ki, məlum deyil.

    Qeyd edək ki, Mustafayev Elşən Mustafa oğlu (Elşən Mustafaoğlu) 8 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. İbtidai təhsilini 1981-1984-cü illərdə Bakı şəhər 6 saylı məktəbdə alıb. Daha sonra 150 saylı məktəbdə təhsilini davam etdirib və 1991-ci ildə burada orta təhsilini başa vurub.

    1991-1993-cü illərdə Futurologiya İnstitutunda Şərqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-1998-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xəttilə İran Beynəlxalq Universitetinin Humanitar elmlər fakültəsində "İlahiyyat pedaqogikası və İslam maarifi" ixtisası üzrə ali təhsil alıb.

    1998-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspiranturasında fəlsəfə tarixi ixtisası üzrə təhsilini davam etdirib.

    10 fevral 2007-ci il tarixində Bakı Dövlət Universitetində "fəlsəfə tarixi" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib və fəlsəfə elmləri namizədi (hazırda fəlsəfə doktoru) alimlik dərəcəsi alıb.

    1999-cu ildən AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun (hazırda Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adlanır) əməkdaşıdır. Hal-hazırda həmin institutun "Fəlsəfə və ictimai fikir tarixi" şöbəsində elmi işçi vəzifəsində çalışır.

    2001-ci ildən "Mənəvi Saflığa Dəvət" ictimai birliyinin sədri (birliyin rəsmi veb-saytı: www.manevisafliq.org), 2002-ci ildən Azərbaycan Milli QHT Forumunun Gənclər Bölməsinin koordinatorudur.

    2005-ci ildən "Yeni Şərq" Elmi Araşdırmalar Mərkəzinin direktorudur (Mərkəzin rəsmi veb-saytı: www.yenisharq.org). Həmin ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycan Respublikasında gənclər siyasəti haqqında" proqramı üzrə ixtisasartırma kursu keçib.

    2006-2007-ci illərdə "İctimai" TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti" verilişinin müəllifi və aparıcısı olub. 2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişinin aparıcısı olub.

    2008-ci ildə ANS-PRESS Nəşriyyat Evində Nəşriyyat Departamentinə rəhbərlik edib. Həmçinin "Azərbaycan-Amerika Media Akademiyası"nın direktoru olub.

    30-dan çox elmi, publisist və analitik məqalənin, 5 elmi əsərin müəllifidir. 20-yə yaxın elmi-nəzəri seminar və elmi toplantı təşkil etmiş, bir neçə yerli və beynəlxalq konfranslarda, o cümlədən, ABŞ, Türkiyə, İran, Misir və Səudiyyə Ərəbistanında keçirilən konfrans və seminarlarda iştirak və bir neçəsində məruzə ilə çıxış etmişdir.

    Ailəlidir, 2 qızı, 1 oğlu var.

    Qeyd edək ki, E.Mustafaoğlu iki ilə yaxın Norveçdə elmi layihə ürə çalışıb və bu ilin əvvəllərində ölkəyə qayıdıb. Bir neçə ay əvvəl isə QMİ ilə əməkdaşlığa başlamışdı. Hələlik onun hansı səbəbdən saxlanıldığı və hansı maddə ilə ittiham olunduğu bilinmir.
    15
  • ABŞ Rusiya və Ukraynanın 24 vətəndaşına, eləcə də bir sıra şirkətlərinə qarşı sanksiyalar tətbiq edib
    20.12.2014 02:49
    http://cdn.trend.az/pictures/2011/09/10/USA-flag_100911.jpg
    http://cdn.trend.az/pictures/2011/09/10/USA-flag_100911.jpg
    Azərbaycan, Bakı, 20 dekabr /Trend/

    ABŞ Rusiya və Ukraynanın 24 vətəndaşına, eləcə də bir sıra şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Trend Ria Novosti agentliyinə istinadən bu barədə ABŞ maliyyə nazirliyi məlumat verib.

    Sanksiyalar altına düşmüş arasında - Konstantin Malofeyevin Marshall Capital Partners fondu. Həmçinin sanksiyalar siyahısına Rusiya, Ukrayna vətəndaşları və bayker təşkilatı "Gecə canavarları" da düşüb.
    7
  • İdmançının ayaqqabısı şok qiymətə satıldı
    20.12.2014 02:44
    http://axar.az/cdn/2014/december/20/1419025720.jpg
    http://axar.az/cdn/2014/december/20/1419025720.jpg
    Məşhur basketbolçu Maykl Cordana məxsus idman ayaqqabısı Nyu Yorkda keçirilmiş hərracda 33 min 400 dollara satılıb.

    Axar.az İTAR-TASS-a istinadən bildirir ki, bu haqda məlumatı idman mallarının hərracı ilə məşğul olan "Qrey Flannel Aukşn" təşkilatı yayıb.

    Cordan "Konvers" firmasına məxsus ayaqqabıları hələ 1981-1982 -ci illərdə Şimali Karolina Universitetinin birinci kurs tələbəsi olarkən alıb.

    Daha sonralar ayaqqabıları adı açıqlanmayan tələbə yoldaşına hədiyyə edib. Məhz həmin tələbə yoldaşı bu ayaqqabıları hərraca çıxarıb və hərracda naməlum şəxsə satıb.

    Xatırladaq ki, Cordan karyerası boyunca "Çikaqo Bulls" komandasının tərkibində 6 dəfə çempion olub.

    Amerika Milli Basketbol Federasiyası (NBA) tərəfindən bütün zamanların ən yaxşı basketbolçusu kimi tanınır.
    7
  • Rusiyaya qarşı sanksiyaların ardı kəsilmir
    20.12.2014 02:39
    http://cdn.trend.az/pictures/2009/12/18/Flags_USA_Russia_181209.jpg
    http://cdn.trend.az/pictures/2009/12/18/Flags_USA_Russia_181209.jpg
    Azərbaycan, Bakı, 20 dekabr /Trend/

    ABŞ prezidenti Barak Obama cümə günü bəyan edib ki, Rusiya və Krıma qarşı yeni sanksiyalar barədə fərman imzalayıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

    "Fərman ABŞ sakinlərinin yeni sərmayələrini Ukraynanın Krım bölgəsinə, Krımdan malların, xidmətlərin və texnologiyaların ABŞ-a idxalını, həmçinin ABŞ-dan malların satışını və təchizatını, xidmətlərin və texnologiyaların ixracını, təkrar ixracını qadağan edir",- Obamanın konqresin nümayəndələr palatasının spikeri Con Beynerə ünvanlanmış məktubunda deyilir.

    Bundan öncə cümə günü Kanada XİN rəhbəri Con Berd bildirib ki, Ottava Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir, TASS agentliyi xəbər verib.
    13
  • Dünyada yeni canlı tapıldı
    20.12.2014 02:13
    http://axar.az/cdn/2014/december/20/1419025443.jpg
    http://axar.az/cdn/2014/december/20/1419025443.jpg
    Dünyada məlum olan və ən dərində yaşayan balıq növü mövzusunda yeni rekorda imza atılıb.

    Axar.az xəbər verir ki, elm adamları Sakit okeanda yerləşən və dünyanın ən dərin nöqtəsi olan Marian çökəkliyində elmi tədqiqat işləri apararkən video kameralara yeni bir canlı növü tuş gəlib.

    Daha öncələr varlığı haqda heç bir məlumat olmayan balıq növünə okeanın 8,145 min kilometrliyində rast gəlinib.
    21
  • "Kristal" kolbasaları böcəkdən hazırlanıb? - Şok
    20.12.2014 02:04
    http://axar.az/cdn/2014/december/20/1419024773.jpg
    http://axar.az/cdn/2014/december/20/1419024773.jpg
    Bakıda "Kristal CF" kolbasa firmasının istehsal etdiyi məhsullardan inqridentlər çıxıb.

    Axar.az-a verilən məlumata görə, Hindistandan gətirilən inqridentlər böcəkdən hazırlanır. Məlumata görə, firmanın əhaliyə yedirdiyi bu kolbasa məmulatı müxtəlif xəstəliklərin mənşəyi ola bilər. Çünki Hindistandan idxal edilən və böcəkdən hazırlanan bu məhsullar insan orqanizminə ziyandır.

    Əldə etdiyimiz xəbərdə bildirilir ki, "Gindes" təşkilatı Azərbaycanda kolbasa məhsullarına "halal" sertifikatı paylayır. Bu sektorda nəzarətin aşağı səviyyədə olması və istənilən firmanın "halal" sertifikatı ala bilməsi nəticədə belə neqativ halların artımına səbəb olub.

    Qeyd edək ki, "halal" sözündən istifadə edərək markalanmış "Kristal CF" əmtəə nişanlı "Baranina" kolbasasının tərkibində donuz əti və piyi aşkar edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu faktı üzə çıxarıb.

    Təbii ki, halala haram qatmaq "halal" sertifikatına inamı məhv edir. İnsanlar bu kimi hallarla üzləşdikdən sonra nəinki o firmalara, ümumiyyətlə "halal" sertifikatına inanmırlar.
    14
  • Eldar Quliyevin "Eliza"sı
    20.12.2014 02:03
    http://axar.az/cdn/2014/december/20/1419025512.jpg
    http://axar.az/cdn/2014/december/20/1419025512.jpg
    Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının nəzdində fəaliyyət göstərən "Debüt" studiyasında növbəti filmin çəkilişləri başa çatmaq üzrədir.

    Axar.az xəbər verir ki, yeni, qısametrajlı filmin adı "Eliza"dır.

    Qısametrajlı filmin quruluşçu rejissoru Məzahir Həşimov, quruluşçu operatoru Yuri Varnovski, icraçı prodüsseri Əlibala Rəhimovdur. İki gəncin məhəbbətindən bəhs edən filmdə baş rolları gənc aktrisa Dəniz Tacəddin və Toğrul Rza canlandırıblar

    Qeyd edək ki, "Debüt" studiyasının bədii rəhbəri tanınmış rejissor Eldar Quliyev, studiyanın direktoru Vladimir Dudniçenkodur.
    8
  • Qorbaçov ABŞ-a səsləndi: "Rusiya düşməndirsə, bəs siz kimsiniz?"
    20.12.2014 01:59
    http://anspress.com/images/photos/26682.jpg
    http://anspress.com/images/photos/26682.jpg
    "ABŞ-ın soyuq müharibədən sonra özünü qalib kimi aparmağa başladı. Buna baxmayaraq SSRİ kimi Rusiyanı yenə düşmən kimi görürlər. Ancaq bu belə deyil".

    ANS PRESS-in məlumatına görə, bu sözləri Mixail Qorbaçov "Russia Today" telekanalına verdiyi müsabəsində bildirib.

    SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov qeyd edib ki, "soyuq müharibə"nin başa çatdırılması ABŞ-ın deyil, bütün xalqların qələbəsi hesab olunmalıdır: "Biz lazımsız gərginliyi azaltmaq üçün bu addımı atdıq. Çünki "soyuq müharibə"dən heç kim qazanclı çıxa bilməzdi. Dünyada tərk-silah başladı. Ağır silahların yarısı ləğv edildi. Dünya yaxşılığa doğru dəyişməyə başladı. Lakin SSRİ-dən sonra ABŞ dünya ağalığına iddia etdi. Soyuq müharibə dövrünü yenidən qaytarmış oldu. Təkqütblü dünya yaratmaq cəfəngiyyatını özündən uydurdular. Bu vəziyyət isə getdikcə amerikalıların ziyanına dəyişməyə başladı. Senat və Konqressdə bunu başa düşən insanlar var. Bilirlər ki, müasir dünyada dünya ağalığı üçün çalışmağın mənası yoxdur və böyük ölkələr arasında münasibətlərin gərginləşməsi dünya üçün yaxşı prespektiv vəd etmir".

    İndi bəzi dairələr Rusiyanı düşmən kimi təqdim edirlər. Rusiya düşməndirsə, onda onlar kimdir? Yəqin ən pis düşməndilər..."
    12
  • ABŞ Dövlət Departamenti İran nüvə danışıqlarının vaxtını açıqladı
    20.12.2014 01:59
    http://cdn.trend.az/pictures/2013/01/12/Iran_nuclear_program_120113_5.jpg
    http://cdn.trend.az/pictures/2013/01/12/Iran_nuclear_program_120113_5.jpg
    Azərbaycan, Bakı, 20 dekabr /Trend/

    "Altılıq" beynəlxalq vasitəçilər və Tehran arasında danışıqların növbəti raundu yanvarın ortalarında keçiriləcək, lakin dəqiq tarixi hələ razılaşdırılmayıb. Trend RİA Novosti agentliyinə istinadən bu barədə Dövlət Departamentinin rəsmisi Cen Psaki cümə günü bildirib.

    "Cenevrədə bütün görüşlər faydalı olub, o cümlədən ikitərəfli və "altılıq" səviyyəsində görüşlər. Növbəti danışıqlar yanvarın ortalarında keçiriləcək, lakin dəqiq tarixi hələ razılaşdırılmayıb", - Psaki deyib.

    Bundan öncə Moskvadakı mənbə Ria Novostiyə bildirib ki, "altılığın" İranla danışıqları siyasi direktorlar səviyyəsində 2015-ci ilin yanvarın 20-dək keçiriləcək.

    Tərəflər 2015-ci ilin iyun ayının sonuna qədər danışıqları uzatmağa razılaşıblar.
    9
  • Bayramqabağı bazarlarda qiymətlər
    20.12.2014 01:55
    http://anspress.com/images/photos/66298.jpg
    http://anspress.com/images/photos/66298.jpg
    Yeni ilə sayılı günlər qalır. Bayramda insanları hər şeydən əvvəl bayram süfrəsinin qurulması düşündürür. Bayramqabağı qiymətlərin artacağını düşünənlər alış-verişi tez etmək istəyirlər.

    ANS PRESS-in məlumatına görə, hazırda bazarlarda qiymətlərdə elə də artım yoxdur. Yeməklərin şahı, süfrələrin bəzəyi olan plov üçün lazım olan ərzaqların qiyməti belədir.

    Kişmiş 3,5-4 manat, turşu 3-4 manat, ərik 5-7 manat, şabalıd 3-6 manat, düyü 1 manat 80 qəpik.

    Dana ətinin kilosu 8 manat, quzu əti 10 manatdır. Toyuq əti növündən asılı olaraq qiyməti 2-4 manat arasında dəyişir.

    Tərəvəz məhsullarından soğanın qiyməti 50 qəpik, kartofunku isə 80-qəpikdən 1 mant 50 qəpiyə qədərdir. Pomidor və xiyarı 1 manat 50 qəpiyə almaq olar.

    Meyvələrə gəlincə, bazarda satışa çıxarılan almanın çeşidi daha çoxdur. Qiyməti isə 50 qəpikdən 1 manata qədərdir. Naringi 1-1,5 manata, apelsin, banan və armudun qiyməti isə 2 manat civarında dəyişir. Nar və heyvanı 1-2 manata almaq olar.

    Satıcılar deyir ki, hazırda kənd təsərrüfatı məhsullarının satışı marketlərdə də həyata keçirildiyindən bazarlarda alıcı qıtlığı yaşanır.

    Alıcıların fikri isə müxtəlif oldu. Onlar həm bazarlardan, həm də qiymətlərdən razıdırlar.

    Kənd təsərrüfatı nazirliyi bahaçılıqdan şikayətlənən alıcıları nəzərə alıb Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 27-31 dekabr tarixlərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarını keçirəcək. Yarmarkalar paytaxtın Xətai, Nəsimi, Yasamal, Nərimanov, Səbail, Suraxanı, Binəqədi rayonlarında 7 ünvanda təşkil olunacaq.

    Bu bayram yarmarkalarında əvvəlkilərdən fərqli olaraq satışa çıxarılan məhsulların çeşidi və miqdarı çox olacaq. Həmçinin 60-a yaxın rayondan gətiriləcək kənd təsərrüfatı məhsulları ilə yanaşı sahibkarlar da öz ərzaq məhsullarını yarmarkada satışa çıxara biləcəklər.

    Yarmarkalarda nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.
    7
  • Obamanın qadın sevgisi
    20.12.2014 01:54
    http://anspress.com/images/photos/79515.jpg
    http://anspress.com/images/photos/79515.jpg
    ABŞ prezidenti Barak Obamanın ilin yekunlarına dair keçirdiyi mətbaut konfransı yerli kütləvi informasiya vasitələrində tənqidlərə məruz qalıb.

    ANS PRESS-in məlumatına görə, The Washington Post qəzeti konfransı "Qadınlar üçün konfrans" adlandırıb.

    Qəzetin yazdığına görə, konfransda Obamaya yalnız qadın jurnalistlərin sual verməsinə şərait yaradılıb.

    "Görürsünüz, əgər yalnız qadın jurnalistlər sual verirsə, həmin konfrans könül oxşayır", deyə qəzet satirik formada yazıb.

    Qeyd edək ki, Barak Obama illik mətbuat konfransında dünyada baş verən proseslərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
    10
  • "Əpl"in qaranlıq üzü: Dəhşətli faktlar
    20.12.2014 01:33
    http://axar.az/cdn/2014/december/20/1419023767.jpg
    http://axar.az/cdn/2014/december/20/1419023767.jpg
    Dünya nəhəngi "Əpl"in ("Apple") Asiyadakı fabriklərində işçilərin dözülməz şəraitdə çalışdığı üzə çıxıb.

    Axar.az-ın məlumatına görə, BBC-nin bir jurnalisti özünü fəhlə kimi təqdim edərək "Əpl"in Çində yerləşən fabriklərindən birində 18 gün istirahət etmədən çalışıb. Jurnalistin bu müddət ərzində şirkətin Çin və İndoneziyada yerləşən fabriklərində üzə çıxardığı dəhşətli faktlar bütün dünya mətbuatını hərəkətə gətirib.

    Adı açıqlanmayan jurnalist Çin və İndoneziya olmaqla bir çox Asiya ölkəsində işçilərin 16 saat fasiləsiz çalışdığını və azyaşlı uşaqların istismar edildiyini irəli sürüb.

    Dəhşət saçan görüntüləri əks etdirən jurnalist Ayfon (iPhone) istehsal müəssisəsində çəkilən gizli görüntülərlə şirkətin "Çindəki işçilərimiz beynəlxalq standartlarla işlə təmin olunub" sözlərinin nə qədər yalan olduğunu bir daha göstərib.

    "Peqatron" fabrikində çalışan jurnalist dözülməz iş rejimini belə şərh edib:

    "İşlədiyim müddətdə istirahət üçün dəfələrlə icazə istəsəm də, rəhbərlik mənə əhəmiyyət vermədi. O qədər yorulmuşdum ki, yatanda üstüm açıq qalsa belə, güc tapıb qalxa bilmirdim. İstədiyim tək şey dincəlmək idi. Həddindən artıq stress gecələr yatmağa da imkan vermirdi".

    Bu məlumat dünya mətbuatında sürətlə yayıldıqdan sonra şirkət Çində sadalanan ittihamları rədd edib. "Əpl" verdiyi açıqlamada işçilərlə ədalətli davranıldığını deyib:

    "İşçilərlə ədalətli davranmaq və təhlükəsiz iş mühiti yaratmaq sahəsində şirkətimiz dünya lideridir. Yaranan bütün xoşagəlməz halların qarşısını almağa çalışırıq. Ancaq bu mövzuda davamlı olaraq təqib edildiyimizin də fərqindəyik".

    12 yaşındakı indoneziyalı uşağın "Əpl"in xam maddəsi olan qalay mədənində çətin şərtlərdə çalışmasını əks etdirən foto isə şirkətin dünya çapında tənqidlərlə üzləşməsinə səbəb olub. Belə ki, müxtəlif ökələrdən media qurumlarının böyük təzyiqi Banqka adasında qeyri-qanuni mədənlərdə işlədilən uşaq işçilərin işini dayandırmasına səbəb olub.

    Şirkət isə İndoneziyadakı qalay mədənçiliyi haqqında "çox mürəkkəb bir mövzudur" şərhini vermişdi.

    14 işçi intihar etdi

    Araşdırmalara görə, "Əpl"in Çində yerləşən fabrikləri hələ 2010-cu ildən tənqid olunur. 4 il öncə "Əpl"in ən böyük tədarükçülərindən olan "Fakson" ("Foxconn") şirkətində çalışan 14 işçi intihar etmişdi. Baş verən hadisələrdən sonra şirkət rəhbərliyi bir sıra təhlükəsizlik tədbirləri görərək şirkətin qanunlarına uymayan işçilərlə yollarını ayıracağını açıqlamışdı.
    17
  • Bakıda provayderlərin sürət fırıldağı
    20.12.2014 01:31
    http://axar.az/cdn/2014/december/20/1419022177.jpg
    http://axar.az/cdn/2014/december/20/1419022177.jpg
    Paytaxtda fəaliyyət göstərən internet provayderləri müştərilərə yüksək sürətli internet təklifi ilə aldadır.

    Axar.az xəbər verir ki, KATV 1 Kabel Televiziyası və Ailə TV provayderləri də bu qəbildəndir. Sözügedən şirkətlərdən şikayətçi olan paytaxt sakinləri müqavilədə internetin sürətinin 5 Mb/S göstərildiyini, lakin istifadə zamanı sürətin heç 1Mb/S-i aşmadığını bildirir.

    Eyni zamanda, internetin çəkilişi zamanı da bəzi qanunsuzluqlara yol verilir. Belə ki, şirkət çəkilişin pulsuz olduğunu desə də, modem üçün 25 manat, hər bir metr kabel xəttinə görə 30 qəpik pul tələb edir.

    Daha çox müştəri cəlb etməkdən ötrü internetin qiymətini kəskin şəkildə artıran sözügedən şirkətlər yeni kampaniyaya da start veriblər. Belə ki, kabel televiziyası da təklif edən şirkət internet üçün aylıq 18 manat, televiziya üçün isə 4 manat pul tələb edir. Hər kəsə internet daha çox vacib olduğunudan, sakinlər şirkətin bu haqsız müqaviləsini imzalamağa məcbur olur.

    Bildirək ki, digər provayderlərdə də vəziyyət ürəkaçan deyil. "Azərtelekom", "Bakınternet", "AzEvroTel" MMC, "Connect" MMC, "Superonline", "AzStarNet" və digər çoxsaylı provayderlərdə də eyni qiymət, eyni keyfiyyət təklif olunur.

    Rabitə və Yüksək texnologiyalar Nazirliyinin rəsmi saytında paytaxtda və bölgələrdə 36 provayderin fəaliyyət göstərdiyi qeyd olunsa da, hazırda fəaliyyət göstərən provayderlərin sayı 45-dən artıqdır.

    Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktor müavini Xankişi Kişiyev məsələyə münasibət bildirərkən sözügedən şirkətlərin internet keyfiyyətinə nəzarətin olunmadığını, problemin müştəri-şirkət kontekstində olduğunu dedi: "Sadalanan problem provayderlə müştəri arasında baş verir. Biz ona nəzarət etmirik. Ümumiyyətlə, ölkədə provayderlərin təklif etdiyi internetin keyfiyyətinə nəzarət mexanizmi yoxdur. Bakı Telefon Rabitəsi İstehsalat Birliyi olaraq biz buna nəzarət etmirik. Onlar sadəcə bizim xətlərdən istifadə edir. Bu, müştəri ilə şirkət arasında yaranan problemdir".
    11
  • Həbs edilən ilahiyyatçı Şeyxin çevrəsində
    20.12.2014 01:25
    http://axar.az/cdn/2014/december/20/1419022492ya.jpg
    http://axar.az/cdn/2014/december/20/1419022492ya.jpg
    İlahiyyatçı Hacı Elşən Mustafaoğlunun həbs xəbəri yayılıb. İslamazeri.az saytı yazıb ki, ilahiyyatçı üç gündür Milli Təhlükəsizlik Nazirliyində saxlanılır. E.Mustafaoğlunun yaxınları bildirib ki, dekabrın 19-da barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onun dövlətə xəyanət maddəsi ilə ittiham edildiyi bildirilir. Lakin həbslə bağlı rəsmi açıqlama verilməyib.

    Axar.az onun Feysbuk səhifəsinə nəzər salıb və məlum olub ki, E.Mustafaoğlu dekabrın 3-də sonuncu paylaşım edib. İlahiyyatçının paylaşdığı fotodan məlum olur ki, QMİ sədri Allahşükür Paşazadə, ilahiyyatçı Hacı Şahin Həsənli və dini cameənin başqa nüfuzlu üzvləri ilə birgə İranda səfərdə olublar.

    Onlar İranda dini tolerantlığın möhkəmlədirilməsi ilə bağlı beynəlxalq konfransda iştirak ediblər. QMİ sədrinə yaxınlığı ilə tanınan Mustafaoğlunun həbsinin tam motivi aydın deyil. O, bir neçə ay əvvəl QMİ ilə əməkdaşlığa başlamışdı.

    Qeyd edək ki, Mustafayev Elşən Mustafa oğlu 8 noyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1991-1993-cü illərdə Futurologiya İnstitutunda Şərqşünaslıq ixtisası üzrə təhsil alıb. 1993-1998-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xəttilə İran Beynəlxalq Universitetinin Humanitar elmlər fakültəsində "İlahiyyat pedaqogikası və İslam maarifi" ixtisası üzrə ali təhsil alıb.

    10 fevral 2007-ci il tarixində Bakı Dövlət Universitetində "fəlsəfə tarixi" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib və fəlsəfə elmləri namizədi (hazırda fəlsəfə doktoru) alimlik dərəcəsi alıb.

    1999-cu ildən AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun (hazırda Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu adlanır) əməkdaşıdır. Hal-hazırda həmin institutun "Fəlsəfə və ictimai fikir tarixi" şöbəsində elmi işçi vəzifəsində çalışır.

    2001-ci ildən "Mənəvi Saflığa Dəvət" ictimai birliyinin sədri (birliyin rəsmi veb-saytı: www.manevisafliq.org), 2002-ci ildən Azərbaycan Milli QHT Forumunun Gənclər Bölməsinin koordinatorudur.

    2005-ci ildən "Yeni Şərq" Elmi Araşdırmalar Mərkəzinin direktorudur (Mərkəzin rəsmi veb-saytı: www.yenisharq.org). Həmin ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycan Respublikasında gənclər siyasəti haqqında" proqramı üzrə ixtisasartırma kursu keçib.

    2006-2007-ci illərdə "İctimai" TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti" verilişinin müəllifi və aparıcısı olub. 2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişinin aparıcısı olub.

    2008-ci ildə ANS-PRESS Nəşriyyat Evində Nəşriyyat Departamentinə rəhbərlik edib. Həmçinin "Azərbaycan-Amerika Media Akademiyası"nın direktoru olub. Ailəlidir, 2 qızı, 1 oğlu var.
    10
  • Ələkbərov dalanda: Milyarder Putinlə düşmən ola bilər
    20.12.2014 01:24
    http://axar.az/cdn/2014/december/16/1418721060.jpg
    http://axar.az/cdn/2014/december/16/1418721060.jpg
    "Lukoyl"un Rumıniyadan çıxarılması gələn il reallaşdırıla bilər.

    Axar.az xəbər verir ki, bu iddia ilə Rumıniyanın "bbw.ro" saytı çıxış edib.

    Mətbuat bunun "Lukoyl"un Rumıniyadakı himayədarı hesab olunan Viktor Pontanın öz vəzifəsini itirməsilə əlaqələndirib. Lakin mətbuat "Lukoyl"un ölkədən çıxarılmasının digər bir səbəbi kimi Qərblə Rusiya arasında olan qarşıdurmanı göstərib. Belə ki, NATO üzvü olan Rumıniyaya Qərbdən, xüsusilə, Vaşinqtondan böyük təzyiqlər var. ABŞ bununla Kremlin əsas dayaqları olan oliqarxları zəiflətmək və Putinlə milyarderlər arasında uçurum yaratmaq istəyir. Mətbuat hələlik Buxarestin Moskva ilə tam qarşı-qarşıya qalmamaq üçün qərar verməkdə çətinlik çəkdiyini bildirib.

    Qeyd edək ki, "Lukoyl"un Rumıniyadakı neft emalı zavodu bu ilin oktyabrında Prezident Trayan Baseskunun vasitəçiliyi ilə qapadılmışdı. Lakin sonradan aparılan danışıqlar nəticəsində zavodun fəaliyyətinin bərpasına icazə verildi. Bundan öncə Rumıniya mətbuatı Pontanın məğlub olacağı təqdirdə Vahid Ələkbərovun şirkətinin Rumıniyada vergidən yayınma və digər maddələrlə ittiham olunacağını və neft emalı zavodunun bağlanacağını yazmışdı.
    11
  • Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
    20.12.2014 01:19
    http://cdn.trend.az/pictures/2013/08/16/canada_flag_160813.jpg
    http://cdn.trend.az/pictures/2013/08/16/canada_flag_160813.jpg
    Azərbaycan, Bakı, 19 dekabr /Trend/

    Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir. Trend TASS agentliyinə istinadən bu barədə Kanada XİN rəhbəri Con Berd bildirib.

    Yeni sanksiyalar paketi, neft və qaz sahələrində istifadə olunan texnologiyaların ixracı üçün əlavə məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.

    Bundan başqa, Kanada ölkəyə girişi qadağan edilən fiziki şəxslərin sayını genişləndirəcək və onların mümkün bank hesablarını isə donduracaq.
    10
  • Qorbaçov Qərbi şantaj etdi
    20.12.2014 01:15
    http://anspress.com/images/photos/48902.jpg
    http://anspress.com/images/photos/48902.jpg
    SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov "Russia Today" telekanalına müsahibəsində dünyadakı mövcud vəziyyət, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, Krım və NATO-nun genişləndirilməsi məsələlərinə münasibət bildirib.

    ANS PRESS-in məlumatına görə, Qorbaçov Qərbdə Rusiyaya qarşı qorxulu fikrin yaranmasında medianı günahlandırıb və nüvə müharibəsi təhlükəsini real saymayıb. Bununla yanaşı Qorbaçov Rusiyaya qarşı Qərbin göstərdiyi münasibətin dünya üçün təhlükələrə gətirib çıxaracağına işarə vurub:

    "Nüvə təhlükəsi ilə bağlı deyilənlərlə razı deyiləm. İndi nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək istiqamətində yeni şeylər öyrənmək lazımdır".

    Amerika və bizdə nüvə silahından əlavə çox güclü raketlər var. Amerikalıların "Şeytan" adlandırdığı raketlərimiz "Çernobıl" faciəsinindən 100 dəfə çox dağıntı və tələfat verə bilər. Halbuki bundan da güclü raketlər hər iki tərəfin hərbi arsenalına daxildir. Bunu anlamaq və narahat olmaq lazımdır. Bu silahların ektremistlərin və terrorçuların əlinə keçməməsi üçün tərbirlər görülməlidir".
    11
  • Sabiq müdafiə naziri öldü
    20.12.2014 01:14
    http://anspress.com/images/photos/79512.jpg
    http://anspress.com/images/photos/79512.jpg
    Rusiyanın keçmiş müdafiə naziri, ordu generalı İqor Rodionov 79 yaşında uzunsürən xəstəlikdən sonra vəfat edib.

    ANS PRESS-in məlumatına görə, İqor Rosionov Sovet dövründən SSRİ ordusunda çalışsa da, yanvar hadisələri baş verən 1990-cı ildə o, SSRİ silahlı qüvvələrinin baş qərargahının hərbi akademiyasında rəis vəzifəsində çalışıb.

    1996-cı ilə kimi bu vəzifədə çalışan Rodionov 17 iyul 1996, 22 may 1997-ci illəri əhatə edən az bir zaman kəsiyini Rusiya müdafiə naziri vəzifəsində çalışıb. Rodionovun işindən uzaqlaşması səbəbi kimi "hərbi islahatların sürətsiz inkişafı" göstərilib.

    Rodionov bundan sonra bir neçə dəfə Rusiya Dumasına deputat seçilib. Bir çox dövlət mükafatlarına layiq görülüb.
    14
DİGƏR XƏBƏRLƏR...
Mərkəzi Bankın Valyuta Məzənnələri