Yasamalda 27 yaşlı şəxsi avtomobil vurdu

Yasamalda 27 yaşlı şəxsi avtomobil vurdu Bakının Yasamal rayonunda gənc oğlanı avtomobil vurub. Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə 1990-ci il təvəllüdlü Allahverdizadə Elmir Hüseyn oğlu yolu keçmək istəyən zaman baş verib. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinə məlumat verilib. A.S.