Nazir: “Bu, Türkiyənin suveren hüququdur”

Türkiyənin Rusiyadan raket sistemləri almasına dair qərarı ölkənin suveren hüququdur. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib. "Bu Türkiyənin suveren qərardır. Bununla belə, aydındır ki raket sistemləri NATO-nun silahları ilə uyğun gəlməyəcək. Bunu təmin etmək mümkün deyil. Türkiyə bunu nəzərə almalıdır", deyə C.Mettis qeyd edib. Qeyd edək ki, Türkiyə Rusiyadan "S-400" zenit-raket kompleksləri alıb. Ölkə prezidenti Ərdoğan isə silahlara görə artıq ilkin ödənişin edildiyini təsdiqləyib.