“Nar bağı”nın Minsk uğuru

"Nar bağı" yalnız poetik kino deyil, həm də sosial kinodur. Qafqaz mədəniyyətində qazanc gətirən kişi obrazı möhkəm və müsbətdir, bu obraz möhkəm divarlarla əhatələnib. Bu filmdə isə əksini görürük. Həmçinin film Çexova gözəl paralelləri ilə yadda qalır" - bunu Minsk Beynəlxalq Kino festivalının bədii filmlər proqramının dierktoru İqor Sukmanov İlqar Nəcəfin festivalda iştirak edən "Nar bağı" filmi haqqında deyib. Xatırladaq ki, "Nar bağı " filminiin ssenari müəllifləri İlqar Nəcəf , Asif Rüstəmov və Jan Roelof Minnebo Belorusiya paytaxtı Minskdə keçirilən 24-cü Listapad Beynəlxalq Kino Festivalında "Ən yaxşı ssenari" mükafatının qalibi olublar. Bundan başqa baş rolun ifaçısı Qurban İsmaylov əsas jürinin diplomuna layiq görülüb. Filmi Minskdə təmsil edən Əli İsa Cabbarovun sözlərinə görə filmin nümayişi anşlaq və alqışlarla keçib. Film tamaşaçı reytinqcədvəlində də bütün festival boyu ilk beşlikdə olub: "Minskdəki tamaşaçılarla görüş göstərdi ki, "Nar bağı"ekspertlərinbəyənəcəyi festival filmi olmaqla yanaşı, həm də dinindən və dilindən asılı olmayaraq həssas tamaşaçların ürəyinə yol tapabilən təsirli bir filmdir. Nümayişdən sonra tamaşaçıların reaksiyasını görəndə buna bir daha əmin oldum." Festival tamaşaçıları Azərbaycandakı nar bağları haqqında yaradıcı heyətə suallar veriblər: "Biz onlara narın mistik aurası olduğunu söylədik. Filmdə nar nəinki simvol kimi göstərilir, həmçinin vizual olaraq da maraqlıdır".