Dövlət Dil Komissiyasının yeni tərkibi təsdiqləndi

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqındasərəncam imzalayıb. APA -nın məlumatına görə, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası aşağıdakı yeni tərkibdə təsdiq edilib: Komissiyanın sədri İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Komissiya sədrinin müavinləri Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Akif Əlizadə AMEA-nın prezidenti Anar Rzayev Azərbaycan Yazıçılar Birliyinin sədri Komissiyanın üzvləri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elçin Əfəndiyev Azərbaycan Respublikası Baş nazirinin müavini Hacıbala Abutalıbov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Mikayıl Cabbarov Azərbaycan Respublikasının təhsil naziri Əbülfəs Qarayev Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri İsa Həbibbəyli AMEA-nın vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikası Milli Məclisinin Təhsil komitəsinin sədri, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, AMEA-nın həqiqi üzvü Kamal Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü Vasim Məmmədəliyev Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, AMEA-nın həqiqi üzvü Teymur Kərimli AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Möhsün Nağısoylu AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Muxtar İmanov AMEA-nın Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Əbülfəz Quliyev AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Arif Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Mövlud Süleymanlı xalq yazıçısı Sabir Rüstəmxanlı xalq şairi Adil Babayev Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor Mübariz Yusifov Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin dekanı, professor Elbrus Əzizov Bakı Dövlət Universitetinin professoru Buludxan Xəlilov Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Аydın Ələkbərov filologiya elmləri doktoru, professor İsmayıl Məmmədov AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Afaq Vəliyeva Tərcümə Mərkəzinin direktoru Əflatun Amaşov Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın İbadov Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin direktoru Azərbaycan Milli Elmlər Akademiyasına aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planını üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.