Qarabağa gedən Türkiyə vətəndaşlarına cinayət işi açılıb

Bu ilin sentybarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən Türkiyə vətəndaşlarına qarşı Türkiyədə cinayət işi qaldırılıb. Lent.az -ın musavat.com-a istinadən verdiyi məlumata görə, Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun işğalçı Ermənistanın nəzarəti altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etdiyinə görə cəzalandırılması istiqamətində qardaş ölkədə ilkin hüquqi addım atılıb.