Əsgər yanına gedən ailə dəhşətli qəzaya düşdü: ölən və yaralananlar var

Beyləqana əsgər görüşünə gələn ailə qəzaya düşüb, ölən və yaralananlar var. APA -nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə rayonun Binnətli kəndində baş verib. Ağstafa rayon sakini 1952-ci il təvəllüdlü Əhmədov Nizami Əhməd oğlu idarə etdiyi "QAZ" markalı minik maşınını maneəyə çırpması nəticəsində avtomobildə yanğın baş verib. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunaraq yanğını söndürüb. Qəza nəticəsində avtomobilin sərnişini Ağstafa rayon sakini 1962-ci il təvəllüdlü Salahov Bəhruz Kakoy oğlu hadisə yerində ölüb. Sürücü N.Əhmədov və sərnişinlər - Ağstafa rayon sakinləri 1958-ci il təvəllüdlü Hacıyeva Südabə Kakoy qızı və 1960-cı il təvəllüdlü Əhmədova Gülüstan Kakoy qızı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA -ya verilən məlumata görə, G. Əhmədovanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib və paytaxtdan həkim qrupu çağırılıb. ***** 14:09 Bu gün Beyləqan rayonu ərazisində "QAZ" markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində yanğın baş verib. Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb. Qəza zamanı avtomobilin sürücüsü və 3 nəfər sərnişini müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıblar. Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb