Azərbaycandan rekord - UEFA reytinqi

Çempionlar Liqasının qrup mərhələsinin IV turunun ilk günündən sonra UEFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan üçün rekordla əlamətdar olub. Belə ki, ölkəmiz bir mövsüm ərzində yığdığı xalların sayında 2 il əvvəlki rekordunu təkrarlayıb. 2015/16 mövsümünü 4,375 xalla başa vuran Azərbaycan yenə eyni əmsala malikdi. Bu, "Qarabağ"ın sayəsində gerçəkləşib. Səfərdə "Atletiko" ilə qollu heç-heçə (1:1) edən ağdamlılar aktivimizə növbəti 0,250 xal gətirib. Ümumiyyətlə isə 4,375 xalın 2,625-i "Qarabağ"ın hesabındadı. "İnter" 0,750, "Zirə" 0,625, "Qəbələ" 0,375 xal qazandırıb. Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 19,125-ə çatıb. Bu nəticə də futbol tariximizin ən yüksək nəticəsidi. Lakin bu rekord da mövqeyimizin dəyişməsinə kömək etməyib. Azərbaycan Avropada 22-ci sırada qalıb. Ölkəmiz 1 addım gerisində olduğu Rumıniyadan 0,725 xal geri qalır. Ən yaxın izləyicimiz İsveç isə 0,400 xal geridədi. Dünənki oyunlar yalnız bir dəyişikliyə səbəb olub. Yunanıstan 13-cü pilləyə yüksəlib. Ellada təmsilçisi Çexiyanı arxada qoyub. Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir - 94,284 xal. yer Ölkə 13/14 14/15 15/16 16/17 17/18 Cəmi komand İspaniya 23.000 20.214 23.928 20.142 7.000 94.284 7/ 7 İngiltərə 16.785 13.571 14.250 14.928 8.642 68.176 7/ 7 İtaliya 14.166 19.000 11.500 14.250 7.833 66.749 6/ 6 Almaniya 14.714 15.857 16.428 14.571 4.428 65.998 6/ 7 Fransa 8.500 10.916 11.083 14.416 6.500 51.415 5/ 6 Rusiya 10.416 9.666 11.500 9.200 7.000 47.782 4/ 5 Portuqaliya 9.916 9.083 10.500 8.083 4.833 42.415 5/ 6 Ukrayna 7.833 10.000 9.800 5.500 4.400 37.533 3/ 5 Belçika 6.400 9.600 7.400 12.500 1.400 37.300 2/ 5 10 Türkiyə 6.700 6.000 6.600 9.700 3.400 32.400 3/ 5 11 Hollandiya 5.916 6.083 5.750 9.100 1.900 28.749 2/ 5 12 Avstriya 7.800 4.125 3.800 7.375 5.000 28.100 2/ 4 13 Yunanıstan 6.100 6.200 5.400 5.800 4.100 27.600 2/ 5 14 Çexiya 8.000 3.875 7.300 5.500 2.900 27.575 3/ 5 15 İsveçrə 7.200 6.900 5.300 4.300 3.100 26.800 3/ 5 16 Xorvatiya 4.375 6.875 4.500 5.125 4.375 25.250 1/ 4 17 Danimarka 3.800 2.900 5.500 8.500 4.250 24.950 1/ 4 18 Kipr 2.750 3.300 3.000 5.500 6.500 21.050 2/ 4 19 İsrail 5.750 1.375 2.250 6.750 4.875 21.000 2/ 4 20 Polşa 3.125 4.750 5.500 3.875 2.875 20.125 21 Rumıniya 6.875 5.125 2.250 3.300 2.300 19.850 1/ 5 22 AZƏRBAYCAN 2.500 3.625 4.375 4.250 4.375 19.125 1/ 4 23 İsveç 3.200 3.900 4.750 2.750 4.125 18.725 1/ 4 24 Bolqarıstan 5.625 4.250 1.000 4.250 3.500 18.625 1/ 4 25 Belarus 1.750 5.500 5.125 3.000 3.000 18.375 1/ 4 26 Şotlandiya 3.250 4.000 3.000 4.375 3.500 18.125 1/ 4 27 Norveç 2.600 2.200 7.250 1.375 3.500 16.925 1/ 4 28 Qazaxıstan 3.125 3.375 4.625 2.750 3.000 16.875 1/ 4 29 Serbiya 2.500 2.750 4.250 2.875 3.875 16.250 2/ 4 30 Sloveniya 2.625 4.000 1.000 2.250 4.125 14.000 1/ 4 31 Lixtenşteyn 1.000 2.500 5.000 2.500 2.000 13.000 32 Slovakiya 1.625 2.750 3.750 2.125 1.875 12.125 33 Moldova 3.375 1.750 1.250 0.875 1.750 9.000 1/ 4 34 İslandiya 2.500 2.500 1.125 1.000 1.125 8.250 35 Macarıstan 0.875 2.125 1.625 1.875 1.625 8.125 36 Albaniya 2.000 0.875 2.125 0.875 2.125 8.000 1/ 4 37 Makedoniya 0.500 1.125 1.500 1.250 2.875 7.250 1/ 4 38 Finlandiya 0.500 2.400 1.000 1.750 1.250 6.900 39 İrlandiya 0.250 2.000 0.700 2.625 1.125 6.700 40 Bosniya H. 1.500 1.750 1.500 0.500 1.375 6.625 41 Latviya 1.625 0.250 1.625 1.375 0.750 5.625 42 Estoniya 1.000 1.500 1.000 1.375 0.625 5.500 43 Litva 1.250 0.500 0.750 0.500 2.375 5.375 44 Monteneqro 1.250 0.750 1.000 0.875 1.125 5.000 45 Gürcüstan 1.875 1.250 0.625 1.125 0.125 5.000 46 Ermənistan 1.125 0.375 1.625 1.125 0.625 4.875 47 Malta 0.875 0.125 0.875 1.250 1.375 4.500 48 Lüksemburq 1.500 0.500 0.750 0.750 0.875 4.375 49 Ş.İrlandiya 0.875 1.375 0.750 0.500 0.750 4.250 50 Uels 0.750 0.125 1.500 1.000 0.500 3.875 51 Farer adaları 0.875 1.375 0.375 0.375 0.750 3.750 52 Cəbəllütariq 0.000 0.250 0.750 1.500 0.500 3.000 53 Andorra 0.333 0.500 0.166 0.166 0.166 1.331 54 San-Marino 0.333 0.000 0.000 0.000 0.166 0.499 55 Kosovo 0.000 0.000 0.000 0.000 0.000 0.000 Qeyd: Komanda sütununda "/" işarəsindən öndə mübarizəni davam etdirən komandaların sayı göstərilib.