Bakıda “Bilikli Tələbə Gələcəyin Qarantıdır” adlı forum keçirildi – FOTO

Bakıda “Bilikli Tələbə Gələcəyin Qarantıdır” adlı forum keçirildi – FOTO 10 noyabr tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) “Garant Aqro” MMC-nin, Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), Future Group MMC-nin, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi, Oxu. Az informasiya agentliyinin media dəstəyi ilə “Bilikli Tələbə Gələcəyin Qarantıdır” adlı forum həyata keçirilib. Forumun keçirilmə məqsədi tələbə-gənclərin gələcək ixtisas seçimi ilə bağlı mütəxəssislər tərəfindən verilmiş praktiki məlumatlar vasitəsilə təlimatlandırılması, bu haqda təsəvvürlərinin genişləndirilməsi, onların asudə vaxtdan səmərəli istifadəsi və qeyri-formal təhsildən yararlanmasından ibarətdir. Forumda açılış nitqi ilə AƏSMA-nın Elmi işlər üzrə prorektoru Mobil Məcidov çıxış edib. Daha sonra ATGTİ-nin Elm və təhsil departamentinin direktoru Əzizə Nəcəfova, Binəqədi rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Xəlil Babayev, Future Group MMC-nin təsisçisi Emil Zakirli çıxış edərək, forumun keçirilməsinin məqsəd və əhəmiyyətindən bəhs ediblər. Forumun ilk panelində Future Education Training Center-in icraçı direktoru Elşən Vəlizadə, Future Group MMC-nin PR meneceri İlkin Məhərrəmov, Garant Aqro MMC-nin Daxili aduti şöbəsinin müdiri Vasif Gərayev, AƏSMA-nın müəllimi Xəqani Məmmədov müvafiq olaraq İnsan resursları, daxili audit, mühasibatlıq və PR Marketinq sahələrini əhatə edən mövzularda, slayd təqdimatlarla çıxışlar ediblər. Sonuncu panel məruzəçilərin əldə etdiyi uğurlar, keçdiyi karyera yolu haqqında çıxışlarına həsr edilib. Daha sonra interaktiv hissədə tələbə və müəllim heyətinin sual və rəyləri müzakirə edilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar verilmiş, fərqlənən, fəal tələbələrə təşkilati tərəfdaşlar tərəfindən hədiyyələr təqdim edilib. A.M.