Məryəm Kənanla birgə çəkiləcəyi filmə hazırlaşır - yeni fotosessiya

Aktrisa Məryəm Uzerli yeni filminə hazırlaşır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, aktyor Kənan İmirzalıoğlu ilə birlikdə "Cingöz Recai" filmində rol alacaq. Məryəm yazıçı Peyami Safanın unudulmaz əsərindən təsirlənərək çəkiləcək filmdə "Jalə" obrazını canlandıracaq.

"Elle" jurnalı üçün kamera qarşısına keçən aktrisa filmin çəkilişlərinin iki həftə sonra başlayacağını elan edib.

Qeyd edək ki, 1969-cu ildə çəkilən "Cingöz Recai" filmində "Jalə" obrazını Səma Özcan canlandırmışdı.