Göygöldə turist hündürlükdən yıxılıb ağır xəsarət aldı

Göygöl rayonunda baş vermiş bədbəxt hadisə nəticəsində Türkmənistan vətəndaşı ağır xəsarət alıb.

Milli.Az report.az-a istinadən bildirir ki, ​hadisə rayonun Üç Təpə kəndində baş verib.

Kəndə qonaq gələn Türkmənistan vətəndaşı, 1952-ci il təvəllüdlü, Cumaxoca Cabbarov qaldığı evdə hündürlükdən yıxılaraq ağır kəllə-beyin xəsarəti alıb. Yaralı yaxınlarının köməkli ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır olaraq qalır.

Fakt üzrə araşdırma aparılır.