Ronaldu ardıcıl 5-ci dəfə Çempionlar Liqasının ən yaxşı bombardiri olub

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu yenidən Çempionlar Liqasının ən yaxşı bombardiri olub.

 

"Report"un məlumatına görə, portuqaliyalı hücumçu İtaliya "Yuventus"u ilə final matçındakı "dubl" sayəsində aktivindəki qolların sayını 12-yə çatdırıb.

 

Bununla da 32 yaşlı oyunçu ardıcıl 5-ci, karyerasında 6-cı dəfə turnirin ən məhsuldar oyunçusuna çevrilib. Ümumilikdə isə o, 105 qol vurub ki, bu da Çempionlar Liqası tarixinin ən yaxşı göstəricisidir.

 

Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının final matçında İtaliya "Yuventus"unu böyük hesabla yenib. Qollardan 2-ni Kriştianu Ronaldu vurub. Onun 2-ci qolu karyerasında 600-cü olub.