Mərkəzi Neftçilər Xəstəxanası: Natiq Əliyevin vəziyyəti ağır-stabildir, ürəyinə stendlər qoyulub

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyevin vəziyyəti ağır-stabildir.

 

Mərkəzi Neftçilər Xəstəxanasından APA-ya bildirilib ki, N. Əliyev xəstəxanaya gətirilən zaman ürəyi dayanıb, süni masajla yenidən həyata qaytarılıb.

 

Hazırda N. Əliyev reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq.

 

***

 

 

Azərbaycanın energetika naziri Natiq Aliyev xəstəxanaya yerləşdirilib

 

Lent.az-ın əldə etdiyi məlumata görə, nazir dünən səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Ürəyində ciddi problemləri olan nazir xəstəxananın Kardo-reanimasiya şöbəsinə yerləşdirilib.

 

Xəstəxanadan nazirin hazırda reanimasiya şöbəsində müalicə olunduğunu təsdiləyiblər. Bildirilib ki, o, kardioloqların və reanimatoloqların nəzarətindədir.