Almaniyada sürət qatarı relsdən çıxıb

Bakı. Trend:

Almaniyada Şimali Reyn-Vestfaliya federal əyalətində Köln şəhərində sürətli şəhərlərarası qatar relsdən çıxıb.

Trend-in RİA Novosti-yə istinadən veridiyi məlumata görə, bu haqda Koelnische Rundschau qəzeti xəbər verir.

Deutsche Bahn dəmir yolu konserninin məlumatına görə, hadisə bazar günü səhər baş verib. Qatarında yalnız maşinist olub, o xəsarət almayıb.

Bildirilir ki, qatarın relsdən çıxması nəticəsində dəmir yollarında hərəkət qismən dayandırılıb.