"Total" şirkətinin rəhbəri neftin 2017-ci ilin sonunadək bahalaşacağını proqnozlaşdırır

Fransanın "Total" neft-qaz şirkətinin rəhbəri Patrik Puyanne neftin cari ilin sonunadək bahalaşacağını gözlədiyini bildirib.

 

Bu barədə APA RNS-ə istinadən xəbər verir.

 

"Qiymətlər qalxmalıdır", - deyə Patrik Puyanne müvafiq suala cavabında bildirib.

 

O qeyd edib ki, neft hasilatının həcminin məhdudlaşdırılmasına dair sazişin əldə olunması və müddətinin uzadılması, şübhəsiz" bazar üçün müsbət amildir.