Londonda teraktla bağlı 12 nəfər saxlanılıb

Bakı. Trend:

Böyük Britaniyanın polisi Londonda baş verən teraktda iştirakda şübhəli bilinən 12 nəfəri saxlayıblar.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Skotland Yard bildirib.

Polisin bəyanatında deyilir: "Şübhəlilər Londonun şərqində Barkinq şəhərində əməliyyat zamanı həbs ediliblər".

Hazırda xüsusi xidmət orqanları terrorçuların birinin evində axtarış aparırlar.

Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.

London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, "Borough Market"də və "Vauxhall" bölgəsində də bıçaqlı hücum olub.

Baş verən hücumlarda 7 nəfər ölüb, 50 nəfər yaxın isə xəstəxanaya yerləşdirilib.