"The New Times"-in kağız versiyasının nəşri dayandırılır

"The New Times" jurnalının kağız versiyasının nəşri dayandırılır.

APA-nın məlumatına görə, bunu jurnalın baş redaktoru Yevgeniya Albats "Facebook" sosial şəbəkəsindəki səhifəsində elan edib.

Baş redaktor "The New Times"-in kağız versiyasının nəşrinin dayandırılmasını maliyyə çatışmazlığı ilə əlaqələndirib.