Gəncədə avtomoibl piyadanı vurub öldürüb

Gəncədə piyadanı avtomobil vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Hərəkətdə olan "Range Rover" yolu keçən piyadanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

Hazırda piyadanın kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilir.