12 illik təhsil sisteminə keçidə dair təkliflər hazırlanacaq

Azərbaycanda tam orta təhsil pilləsi üzrə bir şagirdə düşən illik xərc artırılacaq.

Modern.az-ın məlumatına görə, bu, "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Prezidentin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.

 

Planda 12 illik ümumi təhsil sisteminə keçid mexanizminə dair təkliflərin hazırlanması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi üçün metodologiyanın hazırlanması və mövcud hesabatvermənin təkmilləşdirilməsi və təhsil xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərə alınması qeyd olunub.