Məşhur biznesmen "Fənərbaxça" futbol klubunun prezidentliyinə namizədliyini verib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Məşhur iş adamı Ali Koç "Fənərbaxça" futbol klubunun prezidentliyinə namizədliyini irəli sürüb.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə biznesmen özü bəyan edib.

Futbol klubuna prezidentliyə seçkilər 2018-ci ilin mayında keçiriləcək. Hazırda klubun prezidenti 65 yaşlı Əziz Yıldırımdır.