Dünyanın ən böyük təyyarəsi hərbi məqsədlər üçün istifadə ediləcək

Dünyanın ən böyük təyyarəsi görənləri heyrətə salır. Bu boyda nəhəng təyyarənin ordu tərəfindən istifadə ediləcəyi deyilir.

Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, futbol meydançasından daha böyük qanadlarına malik olan və dünyanın ən böyük təyyarəsi adlandırılan Stratolanç artıq anqarından çıxarılıb. Bu nəhəng təyyarə, təxminən dörd il davam edən bir fəaliyyətdən sonra ərsəyə gəlib.

 

227 min kq ağırlığında olan nəhəng gövdəyə malik təyyarənin, təxminən 250 min kiloqrama qədər yük daşımaq gücünə malik olduğu bildirilir.

 

Hərbi vəzifələrdə istifadəsi nəzərdə tutulan Stratolanç, raketləri stratosferə daşımaq vəzifəsini yerinə yetirəcək. Moyav çölündə xüsusi olaraq hazırlanan 9593 kvadratmetrlik anqarda istehsal edilən təyyarənin qanadlarının ümumi uzunluğu 117 metrdir. Təyyarə Boeing 747 mühərriki ilə gücləndirilib.