Özlərini dəyişən adamların şousu başlanır

"Bu insanların hər biri özlərini məşhur insanlardan və ya obrazlardan birinə oxşatmaq üçün var qüvvələri ilə çalışıblar, pullar xərcləyiblər. Biz də onları tamaşaçılara tanıtmağa çalışırıq".

Milli.Az TMZ-yə istinadən bildirir ki, əslən argentinalı olan, ABŞ-ın Los-Anceles şəhərində yaşayan Marsela İqlesias "Plastics of Hollywood" realiti-şousuna başlayıb.

Şouda özlərini kuklalara, personajlara və ya şou-biznes məşhurlarına bənzətməyə çalışan, bunun üçün dəfələrlə plastik cərrahiyyə əməliyyatlarına məruz qalan 12 nəfər iştirak edir.

Onların plastik cərrahiyyə əməliyyatlarına sərf etdikləri pulların ümumi məbləği 3 milyon dollardan artıqdır.