Röya gənc futbolçuya sarıldı: "O mənim ..."

Azərbaycanın məşhur müğənnisi Röya "Qarabağ"ın futbolçusu Mahir Mədətovla şəklini paylaşıb.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, şəxsi "İnstagram" hesabında paylaşım edən əməkdar artist millimizin üzvü ilə olan xatirəsindən söz açıb: "O, mənim canımdır. Onu ilk dəfə görəndə 6 yaşı vardı. Uy da, qocaldıq. Maşallah olsun, mənim uğurum, alqışım və vuran ayağım. O, bizim "Qarabağ" futbol klubunun fravoritidir. Biz gənclərə inanmalıyıq".

Qeyd edək ki, şəkil ötən gün dövlət başçısı İlham Əliyevin İslam Həmrəliyi Oyunlarında fərqlənən idmançılarımızla görüşü zamanı çəkilib.

Xatırladaq ki, İslamiadada U-23 millimizin heyətində çempion olan Mahir şou-biznes aləmində tanınan prodüser Anar Mədətovun oğludur.