İki məşhur şou-biznes nümayəndələrinin əsl üzlərini göstərəcək

Rejissor Nail Naiboğlu daha bir yeniliyə imza atır. SİA-ya bu haqda Nailin özü açıqlama verib: "Daha yeni bir layihəyə imza atıram. Belə ki,"100-dən 1-i" adlı veriliş açıram. İlk dəfə olaraq aparıcı kimi efirə çıxacam. Mənimlə layihəni aparıcı İlahə Nizamiqızı da idarə edəcək. Verilişdə İlahə xanım müğənnilərin müsbət cəhətlərini, mən isə mənfi cəhətlərini deyəcəm. Fərqli layihədir. Veriliş məşhurların həyatlarından, qalmaqallardan bəhs olunacaq. 1 aydır ki, bu layihə üzərində işləyirəm. Verilişin də ilk qonağı müğənni Damladır. Hazırda montaj işləri gedir".