Kadırov: "Çeçenistandan olan batalyon Suriyadadır"

Çeçenistanda formalaşdırılmış hərbi polis batalyonlarından biri hazırda Suriyadadır.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov RT telekanalına müsahibəsində bildirib.

"Bizim orada daha bir batalyonumuz var. Onlar bir-birini əvəz edirlər. İki-üç aydan bir əvəzlənəcəklər", - deyə o əlavə edib.

Bundan əvvəl 42-ci motoatıcı diviziyanın 71-ci motoatıcı alayının hərbi polis batalyonunun Hələbdə üç aylıq ezamiyyətdən sonra Çeçenistana qayıtdığı xəbər verilmişdi.