Luis Enrike: "Yuventus" qarşısında papağımı çıxarıram

"Barselona"nın baş məşqçisi Luis Enrike, futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin "Yuventus"la cavab oyunundan (0:0) sonra maraqlı açıqlamalarla çıxış edib.

İspaniyalı mütəxəssis rəqibin güclü olduğunu etiraf edib: "Bu, futboldur. Sürətli oyunla rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmaq istəyirdik. Ancaq hücumların sonluğu alınmırdı.İki güclü komandanın qarşılaşmasını izlədik. "Yuventus" qarşısında papağımı çıxarıram. Onların əla baş məşqçiləri və keyfiyyətli oyunçuları var. "Yuventus" turnirin qalibi olmaq üçün hər şeyə sahibdi. Ancaq unutmayın ki, digər komandalar da eyni xüsusiyyətlərə malikdilər".