Kiyev yaxınlığındakı neft bazasında partlayış olub

Ukraynanın paytaxtı Kiyev yaxınlığında neft bazasında partlayış baş verib.APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, insident Vişnyovoe şəhərində qeydə alınıb. Hadisə nəticəsində neft bazasının əməkdaşı yanıq xəsarəti alıb. Onun xəstəxanaya yerləşdirildiyi bildirilir. Məlumata əsasən, partlayış sisternli avtomobilə dizel yanacağı doldurarkən baş verib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.