Güclü külək Bərdədə fəsadlara səbəb olub

Bərdə rayonunda güclü külək bir sıra fəsadlar törədib. "Report"un məlumatına görə, bu gün səhər saatlarından başlayan külək rayonun Nizami küçəsi, 149 ünvanında yerləşən beşmərtəbəli binanın dəmir konstruksiyadan ibarət dam örtüyünün bir hissəsini uçurub.

 

Hadisə baş verən zaman ərazidə azyaşlı uşaqlar olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

 

Bərdə rayon Mənzil Təmir İstismar Sahəsinin rəis müavini İldırım Quliyev "Report"a bildirib ki, yaranmış vəziyyətlə bağlı icra hakimiyyəti tərəfindən komissiya yaradılıb:

 

"Binanın dam örtüyü dəymiş ziyanın miqyası hesablanaraq yenidən bərpa ediləcək".

 

Bundan əlavə, güclü külək rayonun ucqar kəndlərində rabitə və elektrik dirəklərini aşırıb, irigövdəli ağacları kökündən qoparıb. Hadisə baş verən kəndlərdə elektrik enerjisinin verilişində uzun müddətli fasilələr yaranıb. Günün ikinci yarısında kəndlərə enerjinin verilişi bərpa edilib.