Rafael Ağayev Rabatda da çempion oldu

"Qəbələ" idman klubunun karateçisi Rafael Ağayev növbəti uğurunu qazanıb.

 

Axar.az xəbər verir ki, dəfələrlə dünya və Avropa çempionu olan idmançımız bu dəfə Mərakeşin paytaxtı Rabatda fərqlənib. O, 34 ölkədən 384 idmançının qatıldığı karate üzrə Rabat Premyer Liqasının qalibi olub.

 

Yarışda 75 kiloqram çəki dərəcəsində çıxış edən Rafael Ağayev bütün rəqiblərini məğlub edib. Bununla da karateçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.