Bakıda iki maşın toqquşub, xəsarət alan var

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

 

Prospektlə yüksək sürətlə hərəkətdə olan "Kia" markalı avtomobil qarşıda hərəkət edən VAZ-2104 markalı avtomobilə çırpılıb. "Kia" zərbədən sonra aşıb. Qəza nəticəsində "Kia"nın sürücüsü xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.