Rusiyanın baş naziri: "Sanksiyalar və neftin aşağı qiyməti artıq qorxutmur"

Sanksiyalar və neftin aşağı qiymətləri artıq heç kimi qorxutmur. Rusiya iqtisadiyyatı vəziyyətdən öz xeyrinə istifadə etməyi öyrənib.

 

Trend-in məlumatına görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev deyib.

 

D.Medvedev qeyd edib ki, 2016-cı il sərt iqtisadi resurslar rejimində keçdi, bununla belə, "imkanların dərk edilməsi ili" oldu: "Bu gün heç bir çağırış bizi qorxutmur. Əksinə, inkişaf etməyə stimul verir".

 

Baş nazir əlavə edib ki, şəxsi imkanlara əminlik artıq nəticə verir.