"Coca-Cola Məktəbli kuboku"nun yarışlarına start verildi

Nəsimi rayonunda futbol üzrə "Coca-Cola Məktəbli kuboku"nun yarışlarına start verildi

Bu gün Nəsimi rayonundakı orta məktəblərin VII sinif şagirdləri arasında təşkil olunmuş "Coca-Cola Məktəbli kuboku"nun yarışlarına start verildi.

SİA-ya verilən məlumata gör, yarışda Nəsimi rayon ərazisində yerləşən 26 orta ümumtəhsil müəssisəsinin komandaları mübarizə aparacaqlar.

Açılış mərasimində Nəsimi rayon İcra Hakimiyyətinin, AFFA-nın, Nəsimi rayon Gİİ-nin nümayəndələri iştirak etmiş, yarış iştirakçılarına uğurlar arzulayıblar.