Lavrov yaxşı formada qalmasının sirrini açıqladı

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxşı formada qalmasının sirrini açıqlayıb.

Trend-in məlumatına görə, S.Lavrov qeyd edib ki, bu, gendən irəli gəlir:

"Düzünü desəm, bu, gendən asılıdır. Atama və anama minnətdaram. Amma hər səhər dartınma hərəkətləri edirəm, velosiped sürürəm. Bəzən bazar günləri futbol da oynayıram".