Azarkeşlər futbolçulara ölü siçovullar atdılar

Futbol üzrə Danimarka çempionatının final mərhələsinin III turu çərçivəsində keçirilən"Brondbü" - "Kopenhagen"oyununda xoşagəlməz hadisə baş verib. SİA-nın məlumatına görə, qarşılaşmanın 85-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri qonaq komandanın futbolçularına ölü siçovullar atıblar. Ölü gəmiricilər meydançadan təmizləndikdən sonra oyunu davam etdiriblər.

Minimal hesablı qələbə qazanan "Koepenhavn" hazırda 71 xalla liderdir.