Azarkeşlər meydana ölü siçovullar atdılar

Futbol üzrə Danimarka çempionatının final mərhələsinin III turu çərçivəsində keçirilən "Brondby" - "Koepenhavn" oyununda xoşagəlməz hadisə baş verib. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qarşılaşmanın 85-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri qonaq komandanın futbolçularına ölü siçovullar atıblar. Ölü gəmiricilər meydançadan təmizləndikdən sonra oyunu davam etdiriblər.

Minimal hesablı qələbə qazanan "Koepenhavn" hazırda 71 xalla liderdir.