İTV-nin Yayım Şurasının sədri seçilib

Bakı. Trend:

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclası keçirilib.

Milli Televiziya və Radio Şurasından Trend-ə verilən məlumata görə, iclasda təşkilati məsələyə baxılıb.

Yayım Şurasının yekdil qərarına əsasən Muxtar Kazım oğlu İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri seçilib.