"Sevdiyim insan var, amma o, bunu bilmir" - Təranə Səmədova

ARB TV-nin "Evgördü" verilişinin növbəti qonağı prodüser Təranə Səmədova olub.

Milli.Az bildirir ki, prodüser ilk olaraq bu sahəyə gəlişindən bəhs edib:

"15 ilə çatır ki, prodüserəm. O zamanlar Şən və Hazırvcavablar klubu, müxtəlif verilişlər var idi, mən onlarla işləmişəm. Həmin zamanlar heç prodüser demirdilər, inzibatçı adlandırırdılar. Elə-elə əhatəm genişləndi, əlaqələrim genişləndi. "Bəxtiyar" filmində belə onun işlərini aparan insan prodüserdi. İllər keçəndən sonra bir prodüserin başaracağı bütün işlər bir kompakt şəklində mən də yarandı".

Təranə daha sonra şəxsi həyatından söz açarkən evlənmək istədiyini qeyd edib:

"Ola bilər. Həyatda heç vaxt, "heç vaxt demək" lazım deyil. İstiyərəm. Çünki bir anamdı, bir qızım, bir də mən. İstiyərəm qızıma arxa ola biləcək bir qardaşı olsun, mənə dayaq ola biləcək bir insan olsun. Amma əfsuslar olsun ki, elə bir insanı görə bilmirəm".

Prodüser hal-hazırda həyatında gizli də olsa birisinin varlığından söz açıb:

"İdeal biri yoxdu. Kişi olmalıdı. Bir kişi mən nə deyirəmsə onla razılaşırsa, mən ondan çəkinmirəmsə, mən onla yola gedə bilmərəm. Sərbəstliyimi qurban verə biləcəyim kişi hal-hazırda həyatımda var. O, elə düşünür ki, mənim sərbəstliyimi sərhədə ala bilməz, addım atmağa çəkinir. Mən də heç vaxt qürurumdan hiss elətdirə bilmərəm ki, sənin şansın var. Onu dəhşət çox istəyirəm".

Şou-biznesin durğunluğundan şikayətlənən Təranə müğənnilərin prodüserə artıq xərc kimi baxmasından şikayətlənib:

"Mən bilirəm ki, nəyə qadirəm və bundan daha artıq iş görə bilərəm. Lakin şou-biznes özü durğunlaşıb. Müğənnilər əvvəlki qədər pul qazana bilmirlər deyə, prodüserlə işləməyi artıq xərc kimi hesab edirlər".

Sonda Səmədova şou-biznesin ən bahalı prodüserlərinin adlarını açıqlayıb:

"Təranə Səmədovaya görə bu gün şou-biznesin ən bahalı prodüseri Vaqif Gərayzadədir. Hansı ki, onun qiyməti yoxdur. Nigar Hacızadədir, Yalçın Cabbarovdur, Tolikdi, Anar Mədətov, Emin Əfəndidir. Mən Kərim Abbasovun yaradıcılığında çox böyük trampilin olmuşam. İlk mahnısı "Can Bakı" olub, onda mən olmamışam. Kərimin çox klipini mərhum Şahin Zəkizadə çəkib. Onla çox işbirliyimiz olub. Bu səbəbdən onun yoxluğu məni çox sarsıtdı".