Kirayədə qalan azərbaycanlı məşhurlar - SİYAHI

Dəbdəbəli həyatları, bahalı avtomobilləri və geyimləri ilə insanlar arasında daima söz-söhbət yaradana yerli şou-biznes nümayəndələri bəziləri kirayə qalır.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bəziləri imkansızlıqdan, bəziləri isə sadəcə rahatlığa görə ev almırlar. Bəs şou-biznesin evsiz məşhurları kimlərdir?

Səidə Sultan evi olmayan məşhurlardandır. İfaçı hələ də kirayə qalır.

Müğənni Samira Allahverdi də kirayədə qalır. Özü də ifaçı halından heç də narazı deyil.

Bu yaxınlarda evlənməyə hazırlaşan aktyor Cavanşir Məhərrəmov isə hazırda ailəsi ilə birlikdə kirayə qalır.

Müğənni Lalə Məmmədovanın isə ailə ilə birlikdə qaldığı deyilir. Deyilənə görə, ifaçının evi yoxdur.

Əməkdar artist Elnur Kərimov da kirayədə yaşayan məşhurlar siyahısındadır.

İfaçı Aysel Əlizadə də uzun müddətdir ki, kirayədə yaşayır.