Qaxda yanğın hadisəsi olub

Dünən Qaxda yanğın hadisəsi qeydə alınıb.APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qax rayonu, Qum kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 120 m2sahədə və 1 otağın yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.