"Bavariya"nın qapıçısı millimizə qarşı oynamayacaq

Almaniya millisinin qapıçısı Manuel Noyer DÇ-2018-in seçmə mərhələsində millimizlə keçiriləcək oyunu buraxacaq."Bild" nəşrinin yazdığına görə, təcrübəli qolkiper ayağından zədə alıb. Bu səbəbdən "Bavariya"nın qapıçısı həm İngiltərə ilə yoldaşlıq matçında, həm də millimizlə qarşılaşmada komandasına kömək edə bilməyəcək. Almaniya millisinə Mark-Andre ter Ştegen ("Barselona") vəBernd Leno ("Bayer") kimi qapıçılar da dəvət alıb.Baş məşqçi Yoahim LövünKevin Trappı da milliyə dəvət edəcəyi bildirilir.

Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.