ABŞ-a elektron qurğuların daşınması qadağan ediləcək

ABŞ hökuməti ölkəyə gələn təyyarələrdə elektron qurğuların daşınmasını qadağan etmək niyyətindədir.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyinə Ağ Evin nümayəndəsi bildirib.

Məlumata görə, bu addımın terror təhlükəsi ilə əlaqəli olduğu bildirilir. Qadağa azı 10 ölkəvə ölçüsü mobil telefonlardan iri olan qurğulara (noutbuklar, planşetlər, kameralar və s.)şamil ediləcək. Eyni zamanda qadağa ABŞ aviaşirkətlərinə toxunmayacaq.

Qərarla bağlı rəsmi məlumatın bu gün veriləcəyi gözlənilir.