Salyanda ağır yol qəzası: Sürücü ölüb

Dünən gecə saat 2.00 radələrində Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində rayon sakini Fərhad Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı hasara vurub.Daxili İşlər Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb, sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.