Suriya ordusu İsrailin pilotsuz ucan aparatını vurub

İsrailə məxsus pilotsuz ucan aparat (PUA) Suriyanın cənub-qərbində vurulub.

APA-nın məlumatına görə, bu barədə Livanın "Əl-Mayadin" telekanalı xəbər verib.

Məlumata görə, çəkisi 7 kilo olan "Skylark" pilotsuz ucan aparatı Kuneytra əyalətində Suriyanın hava məkanını pozub.

Hadisənin digər təfərrüatları açıqlanmır.