Mançester Yunayted" üçün Premyer Liqada 600-cü qələbə...

"Mançester Yunayted" üçün İngiltərə Premyer Liqasının 29-cu turunda "Midlsbro" ilə oyun əlamətdar olub.Qol.az-ın məlumatına görə, bu görüşdə 3:1 hesabı ilə qalib gələn "qırmızı şeytanlar" ölkə çempionatı tarixində 600-cı qələbəsini qazanıb. Qeyd edək ki, "MY" bu göstəricidə ilk pillədə qərarlaşıb. "Arsenal" ikinci (517 qələbə), "Çelsi" üçüncüdür (508 qələbə).