Amerika Kuboku üçün yeni qrafik

Cənubi Amerika Futbol Konfederasiyası (COMNEBOL) 2020-ci ildən Amerika Kuboku turnirini Avropa çempionatı ilə eyni ildə təşkil etmək barədə qərar qəbul edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 2019-cu ildə Amerika Kubokuna Braziliya, 1 ildən sonra isə ABŞ ev sahibliyi edəcək. Bundan sonra turnirin təşkil olunma illərində "qəribəliklər" aradan qalxacaq. 13 ölkədən 13 şəhərdə keçiriləcək AVRO-2020 ilə paralel olaraq Amerika Kubokunun qrafiki də yerinə oturacaq. FİFA da iki turnirin eyni ildə keçirilməsinə tərəfdardır. Belə ki, aparıcı klublar futbolçularını eyni ildə Avropa və Amerika Kubokuna buraxacaq.