Peruda daşqınlar nəticəsində ölənlərin sayı 75-ə çatıb

Bakı. Trend:

Peruda daşqınlar nəticəsində ölənlərin sayı 75 nəfərə çatıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində daha 260 nəfər xəsarət alıb, 20 nəfər isə itkin düşüb.

Xəbərdə deyilir ki, bu daşqınlar 12 min ev, 25 məktəb və 8 xəstəxana dağıdıb. 2 min kilometrdən artıq yol və 10 min hektar kənd təsərrüfatı sahələri su altında qalıb.