"AZAL" "Qəbələ" ilə qarşılaşmada 1 xal qazandı

Bu gün futbol üzrə Topaz Premyer Liqasının XXIII turunda "Qəbələ" komandası səfərdə çempionatın autsayderi olan "AZAL" ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Görüşün ilk hissəsində hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

Fasilədən sonra qonaqlar hesabı açıblar. Matçın 52-ci dəqiqəsində Tellur Mütəllimov "Qəbələ"ni hesabda irəli çıxarıb - 1:0. Lakin Roman Qriqorçukun yetirmələri bu hesabı oyunun sonunadək qoruya bilməyiblər. Matçın 90-cı dəqiqəsində AZAL-ın futbolçusu Nuqzar Kvirtiya "Qəbələ"nin qapısına yol taparaq, komandasını məğlubiyyətdən xilas edib. Beləliklə, "AZAL"-"Qəbələ" görüşü 1:1 hesabı ilə nəticələnib.

Bu oyundan sonra "Qəbələ" 47 xalla ikinci sıradadır. Tərlan Əhmədovun yetirmələri isə 10 xalla turnir cədvəlinin sonuncu pilləsindədirlər.