Tramp miqrasiya fərmanının icrasını dayandıran məhkəmə qərarına etiraz edəcək

ABŞ prezidenti Donald Tramp 7 müsəlman ölkəsi vətəndaşlarının ölkəyə girişinə qadağanın qoyulmasına dair fərmanın icrasını federal səviyyədə dayandıran hakim Ceyms Robartın qərarına etiraz edəcəyini bildirib.

Azadinform xəbər verir ki, bu barədə o öz "Twitter" mikrobloqunda yazıb.

"Bu hakim adlandırılan şəxsin mahiyyət etibarı ilə ölkəmizdə qanunun icrasını təmin etməyən qərarı gülməlidir və ona etiraz olunacaq", - deyə o yazıb.