Moldova Dnestryanıdan rusiyalı hərbçilərin çıxarılmasını tələb edir

Moldova Dnestryanı bölgəsində rusiyalı hərbçilərin olmasından narahatdır.

Azadinform-un xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Pavel Filipp ATƏT sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts ilə görüşü zamanı deyib.

"Biz rusiyalı hərbçilər və silah-sursatın Moldovadan çıxarılmasına və onların beynəlxalq təşkilatların himayəsi altında beynəlxalq müşahidəçilərlə əvəzlənməsini tələb edirik", - deyə Pavel Filipp bildirib.

P.Filipp həmçinin Dnestryanı bölgəsinə Moldova tərkibində xüsusi statusun verilməsinə ümidvar olduğunu söyləyib. Bu məsələ Dnestryanı münaqişənin nizamlanmasına dair "5 2" formatında baş tutacaq danışıqlar çərçivəsində müzakirə olunacaq.