İŞİD-in "paytaxtı"nın mühasirəyə alınması üzrə əməliyyat başlayıb

"Suriya demokratik qüvvələri" silahlı müxalifət alyansının (SDQ) qoşunları İŞİD terror qruplaşmasının paytaxtı hesab olunan Rəqqa şəhərinin tam mühasirəyə alınması məqsədi ilə əməliyyata başlayıb.

Azadinform xəbər verir ki, bu barədə SDQ-nin bəyanatına istinadən "Reuters" məlumat yayıb.

"Əməliyyat ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin havadan dəstəyi ilə həyata keçirilir", - deyə bəyanatda bildirilir.